İDMAN


Azərbaycan şahmatçısı “Praqa Open-2022” turnirinin qalibi olub

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan şahmatçısı Çexiyada keçirilən “Praqa Open-2022” turnirində uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Azər Mirzəyev 9 turda 7,5 xal toplayaraq yarışın qalibi olub. Onunla eyni xalı yığan polşalı Antoni Kozak ikinci pillədə qərarlaşıb. Çexiya təmsilçisi Yakub Vojta isə üçüncü yeri tutub.

Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edib.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.