İDMAN
Azərbaycan şahmatçısı Qran-Pri turnirinin üçüncü mərhələsində iştirak edəcək
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 8-də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də iştirak edəcək. Turnirdə ümumilikdə, 16 şahmatçı mübarizə aparacaq.
G.Məmmədzadə bundan əvvəl Qran-Prinin birinci və ikinci mərhələlərində mübarizə aparsa da, çıxışı uğurlu alınmayıb.
Qran-Pri 4 mərhələ üzrə keçiriləcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]