İDMAN


Azərbaycan şahmatçısı “Vergani Cup” festivalında mübarizəni davam etdirir

Bakı, 3 yanvar, AZƏRTAC

İtaliyanın Villorba şəhərində şahmat üzrə üçüncü “Vergani Cup” festivalı davam edir.

AZƏRTAC xəbər verir ki, 40 iştirakçının (13 qrossmeyster) qatıldığı elit turnirdə artıq iki tura yekun vurulub. Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva (2301) 0,5 xalla (1 heç-heçə, 1 məğlubiyyət) turnir cədvəlində 35-ci pillədədir. Turnir cədvəlinə 100 faizlik nəticə göstərən rusiyalı şahmatçı Vitali Bernadski (2550) başçılıq edir.

Festivala yanvarın 6-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.