İDMAN


Azərbaycan şahmatçısı “Vergani Cup” festivalının növbəti turunda qələbə qazanıb

Bakı, 6 yanvar, AZƏRTAC

İtaliyanın Villorba şəhərində şahmat üzrə üçüncü “Vergani Cup” festivalında səkkizinci turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva sonuncu turda Türkiyə təmsilçisi Ekin Baris Özənir üzərində qələbə qazanaraq xalların sayını 4-ə çatdırıb. Ülviyyə Fətəliyeva bu nəticə ilə turnir cədvəlində 27-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, şahmatçımız bundan əvvəlki turda Almaniya təmsilçisi Lev Yankeleviçə məğlub olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.