İDMAN


Azərbaycan şahmatçısı açıq Bolqarıstan çempionatında məğlubiyyətsiz irəliləyir

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan şahmatçısı Kənan Qarayev 41-ci açıq Bolqarıstan çempionatında məğlubiyyətsizlik seriyasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, Plovdiv şəhərində təşkil olunan və 13 ölkədən 90 şahmatçının iştirak etdiyi yarışın “A” turnirində mübarizə aparan təmsilçimiz yeddinci turda rəqibi ilə heç-heçə edib. Hazırda aktivində 5 xal olan şahmatçımız turnir cədvəlinin lideri Vyaçeslav Tiliçeyevdən 1 xal geridədir.

Səkkizinci turda təmsilçimiz rumıniyalı şahmatçı George-Katalin Ardelean ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.