İDMAN


Azərbaycan şahmatçısı açıq Bolqarıstan çempionatında mübarizəyə qələbə ilə başlayıb

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 3-də 41-ci açıq Bolqarıstan çempionatı - Q.Trinqov memorialı start götürüb.

AZƏRTAC xəbər verir ki, Plovdiv şəhərində təşkil olunan turnirə 14 ölkədən 90 şahmatçı qatılıb. Yarışın “A” turnirində azərbaycanlı Kənan Qarayev də mübarizə aparır. Təmsilçimiz turnirin ilk oyununda yunanıstanlı Odysseas Panaqiotis Qavriili məğlub edərək aktivinə 1 xal yazdırıb. Təmsilçimiz ikinci turda yerli şahmatçı Nadya Tonçeva ilə qarşılaşacaq.

İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə fevralın 10-da yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.