İDMAN


Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir

Bakı, 27 aprel, AZƏRTAC

Monteneqronun Nikşiç şəhərində keçirilən turnirdə Azərbaycan şahmatçısı Aydın Süleymanlı məğlubiyyətsiz irəliləyir.

AZƏRTAC xəbər verir ki, turnirin 5 və 6-cı turlarında təmsilçimiz müvafiq olaraq, türkiyəli şahmatçı Vahap Sanalı məğlub edib, amerikalı Hans Moke Niemann ilə heç-heçə edib. Aydın Süleymanlı 6 turun nəticəsinə görə, Hans Moke Niemanndan yarım xal geri qalaraq 5 xalla ikinci pillədə qərarlaşıb.

Beşi qrossmeyster olmaqla, 16 şahmatçının iştirak etdiyi yarış mayın 4-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.