İDMAN


Azərbaycan şahmatçısı onlayn “Titled Tuesday Blitz” turnirində ikinci yeri tutub

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan şahmatçısı Xəzər Babazadə onlayn “Titled Tuesday Blitz” turnirində uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz 11 turdan 10 xal toplayıb və əlavə göstəricilərə görə ikinci yeri tutub. Onunla eyni xala malik amerikalı Cefferi Syun turnirin qalibi olub. Digər təmsilçilərimiz Vasif Durarbəyli 8,5 xal, Murad İbrahimli 8 xal, Azər Mirzəyev 7,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 500-ə yaxın şahmatçı iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.