CƏMİYYƏT


Azərbaycan səfiri Gürcüstan Patriarxlığında olub

Tbilisi, 8 may, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Patriarxlığa gələrək bu ölkənin ali dini rəhbərləri ilə görüşüb.

AZƏRTAC Patriarxlığa istinadla xəbər verir ki, görüşdə “Keşikçidağ” (David Qareci) məbəd kompleksi ilə bağlı məsələ diqqət mərkəzində olub.

Bildirilib ki, Patriarxlıq məbəd kompleksi ilə bağlı məsələnin müzakirəsində və həllində fəal iştirak edəcək. Söhbət zamanı Gürcüstan ilə Azərbaycan arasındakı dostluq münasibətləri xüsusi qeyd olunub və bu münasibətlərdə gərginlik yaradılması ilə bağlı cəhdlərin yolverilməz olduğu bildirilib. Tərəflər məsələnin tezliklə həll olunmasının əhəmiyyətini vurğulayıblar.

Patriarxlıqda Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri hacı Əli Əliyevlə də görüş olub. Görüşdə iki ölkənin ali dini liderləri arasındakı dostluq münasibətlərindən danışılıb. Həmçinin son zamanlar “Keşikçidağ” məbədi ətrafında yaranmış vəziyyət müzakirə olunub. Məsələnin həllində din xadimlərinin də fəal iştirak etməsinin zəruriliyi vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.