CƏMİYYƏT
Azərbaycan səfiri İsveçrənin Qraubünden kantonuna səfər edib
Bern, 20 fevral, AZƏRTAC
Azərbaycanın İsveçrədəki səfiri bu ölkənin Qraubünden kantonu hökumətinin dəvəti əsasında həmin regionda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat www.schweizmagazin.ch portalında yer alıb. Xəbərdə qeyd edilir ki, kantona səfər çərçivəsində Azərbaycan səfiri kanton hökumətinin prezidenti Yon Domenik Parolini və hökumət dəftərxanasının direktoru Daniel Spadin ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilir ki, Qraubünden hökuməti İsveçrədəki xarici ölkə nümayəndəlikləri ilə sıx əlaqələr saxlamağa çalışır. Həmin təmaslar kantonun xarici əlaqələrinin mühüm tərkib hissələridir. İsveçrə və Qraubünden kantonu ilə xüsusi münasibətləri olan ölkələrin təmsilçiləri ilə tez-tez aktual mövzular barəsində fikir mübadiləsi aparılır. Görüşlərdə mədəni, iqtisadi və siyasi təcrübə mübadiləsi də diqqət mərkəzində dayanır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern