SİYASƏT


Azərbaycan səfiri Oksitan regional şurasının üzvləri ilə görüşüb

Paris, 29 oktyabr, AZƏRTAC 

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev İkinci Dünya müharibəsində Fransa uğrunda vuruşmuş azərbaycanlı partizanların xatirəsini yad etmək üçün Oksitan regionunda səfərdə olub.

AZƏRTAC xəbər verir ki, regiona səfəri çərçivəsində səfir Oksitan Regional Şurasının üzvləri Tiyeri Kotel və Od Lümo-Preseptis ilə görüşüb.

R.Mustafayev bildirib ki, azərbaycanlı partizanların qəhrəmanlığı iki ölkə arasında uzun tarixi əlaqələrin göstəricisidir. O, ölkəmizin regionda aparıcı mövqeyi və rolu haqqında ətraflı danışıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rolundan, enerji daşıyıcılarının diversifikasiyasından söz açıb. İqtisadi əlaqələrin inkişafında siyasi əlaqələrin inkişafının və siyasi dəstəyin əhəmiyyətinə toxunub.

Azərbaycanın iqtisadi inkişafı haqqında ətraflı məlumat verən səfir bu istiqamətdə həyata keçirilən islahatlardan danışıb. Ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı, bu sahədə innovasiyalar, aqro-ərzaq sahələrinə böyük önəm verildiyini və bu sahələrdə əməkdaşlıqda maraqlı olduğumuzu diqqətə çatdırıb.

Tiyeri Kotel də Oksitan regionunun iqtisadi inkişafı haqqında məlumat verib. Regionda ölkənin böyük Milli Kosmik Mərkəz olmasından, kosmos və kənd təsərrüfatı əlaqələrindən, satelitlərin sayəsində robotların tətbiq edilməsi ilə kənd təsərrüfatının rentabelliyinin artmasından danışıb. İqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını olduğunu vurğulayıb.

Regionda kənd təsərrüfatı sahəsində ixtisaslaşmış liseylərin, universitetin və tədqiqat mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib.

Görüşdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Tuluz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.