SİYASƏT
Azərbaycan səfiri VII Şərqi Avropa Təşəbbüsləri Konqresində çıxış edib
Varşava, 6 oktyabr, AZƏRTAC
Polşanın Lublin şəhərində VII Şərqi Avropa Təşəbbüsləri Konqresi keçirilib. Konfransın mövzusu Mərkəzi və Şərqi Avropada müstəqillik ənənələrinə, azadlıq və vətəndaş hüquqlarına həsr olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov konqresdə iştirak edib. O, “Müstəqillik arzuları – müstəqilliyin 100 illiyi” panelinin açılış sessiyasında çıxış edib.
Konqresdə regional əməkdaşlıq, transmilli münasibətlər, həmçinin bir sıra humanitar məsələlərə dair fikir mübadiləsi aparılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava