SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Şri-Lanka Prezidentinə təqdim edib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikasının Hindistanda və eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında akkreditə olunmuş səfiri Əşrəf Şıxəliyev etimadnaməsini Şri-Lanka Prezidenti Maytripala Sirisenaya təqdim edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir, həmçinin Şri-Lanka limanlar, gəmiçilik və cənubun inkişafı üzrə nazir müavini, admiral Sirimevan Ranasinqhe, Limanlar Administrasiyasının sədri Kavan Ratnayaka ilə görüşlər keçirib. Görüşlərdə Şri-Lankanın ixracatçıları üçün Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlükləri barədə məlumat verilib, bu dəhlizə qoşulmağın nəzərdən keçirilməsi təklif edilib. Qarşı tərəf təklifi maraqla qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]