SİYASƏT


Azərbaycan səfiri etimadnaməsinin surətini Vatikanın dövlət katibinin müavininə təqdim edib

Vatikan, 13 dekabr, AZƏRTAC

Azərbaycanın Fransada və eyni zamanda Vatikandakı səfiri Rəhman Mustafayev etimadnaməsinin surətini Müqəddəs Taxt-Tacın dövlət katibinin müavini Paolo Borciyaya təqdim edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Vatikan arasındakı münasibətlərə toxunulub, əməkdaşlığın perspektivlərindən danışılıb.

P.Borciya R.Mustafayevi səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, ölkəmizin tarixi, mədəniyyəti və təbiətinə dair nəşrləri P.Borciyaya hədiyyə edib.

Görüşdə Azərbaycanın Fransadakı səfirliyinin konsulu Zaur Fərhadov da iştirak edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.