İQTİSADİYYAT
Azərbaycan səkkiz ayda ən çox İtaliyaya məhsul göndərib
Bakı, 17 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, səkkiz ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Xorvatiya qərarlaşıb. İtaliyaya ixrac 4 milyard 885,8 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 756,6 milyon dollar, Xorvatiya isə 547,8 milyon dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 5 milyard 179,8 milyon dollar, Türkiyə ilə 2 milyard 884,9 milyon dollar, Rusiya ilə 1 milyard 780,2 milyon dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:03]
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]