MƏDƏNİYYƏT


Azərbaycan sənədli filmi London Parlamentində nümayiş olunacaq

Bakı, 26 sentyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi ilə ekranlaşdırılmış və Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi London Parlamentində nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, filmin nümayişi oktyabrın 17-də Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menziesin himayəsi və Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” şirkəti tərəfindən 2015-ci ildə çəkilmiş filmdə İkinci Dünya müharibəsində Azərbaycan xalqının rəşadəti, Qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə müfəssəl məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.