MƏDƏNİYYƏT


“Azərbaycan səni daim yaşadacaq” - Ulu Öndərin xatirəsinə həsr edilmiş növbəti tədbir belə adlanır

Bakı, 12 dekabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayon 21 nömrəli orta məktəbin şagird və müəllim kollektivi ilə birlikdə rayondakı Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan səni daim yaşadacaq” adlı tədbirdə çıxış edən Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Azər Zeynalzadə Ulu Öndərin anım gününə həsr olunmuş tədbirlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Mərkəzdə müxtəlif təhsil müəssisələri, dövlət və hökumət təşkilatları silsilə tədbirlər keçirir. Yarandığı ilk gündən rayonun ictimai-siyasi həyatında fəal rolu ilə seçilən Mərkəzin əsas məqsəd və vəzifəsi müstəqil Azərbaycanımızın qurucusu olan Heydər Əliyevin siyasi irsini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaqla dövlətçilik ənənələrini yaşatmaqdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin həyatı, doğma Azərbaycan naminə fəaliyyəti haqqında geniş məlumat verib. Natiq bu böyük şəxsiyyətin müxtəlif məsul vəzifələrdə çalışdığı zamanlar həmişə xalqını düşünməsini, bütün həyatını məhz dövlətçiliyimizin inkişafına həsr etdiyini qeyd edib.

21 nömrəli məktəbin uşaq birliyinin rəhbəri Pərvanə Əliyeva Ulu Öndərin nəsillərə nümunə olan layiqli həyat yolunun dəqiq faktlarla şagirdlərə öyrədilməsi və onların bu ruhda tərbiyə olunmasından danışıb.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı Fəridə Cəfərova Heydər Əliyev dühasının əzəmətindən, təhsilə xüsusi önəm verməsindən, yüzlərlə gəncin Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda ali təhsil almasına kömək etməsindən bəhs edib.

Tədbirdə məktəblilər Ulu Öndərə həsr edilmiş şeirlər səsləndiriblər.

Sonra qonaqlar kitabxanada açılmış “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı kitab sərgisinə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.