İQTİSADİYYAT


Azərbaycan şərabları Polşada beynəlxalq sərgidə nümayiş olunacaq

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 20-də Polşanın Krakov şəhərində “Enoexpo” Beynəlxalq Şərab Sərgisi açılacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə istehsal edilən şərab və konyaklar “Made in Azerbaijan” stendində nümayiş olunacaq.

Polşada ənənəvi olaraq keçirilən “Enoexpo” Beynəlxalq Şərab Sərgisi noyabrın 22-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.