İQTİSADİYYAT


Azərbaycan şərabları “VINSPIRATION-2023” sərgisində təqdim edilib

Moskva, 17 mart, AZƏRTAC

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi “VINSPIRATION-2023” şərab sərgisində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Moskvada sərgi martın 15-dən 17-dək davam edib.

“VINSPIRATION-2023” sərgisi peşəkarların, şərab bilicilərinin və sərrafların şəxsində şərabçılar və qastronomik bazarların nümayəndələri iştirak ediblər. Üç gün davam edən sərginin proqramına müxtəlif hədəf auditorioyasının maraqları üçün nəzərdə tutulmuş işgüzar, təhsil və əyləncə xarakterli tədbirlər daxil idi.

Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev “Azərbaycanın investisiya və biznes imkanları” mövzusunda təqdimatla çıxış edib, şərab eksperti Aygün Atayeva isə “Azərbaycanın Şərq nağılı: dəniz, dağlar, ədviyyat və şərab” mövzusunda təqdimatda Azərbaycana enoqastronomik turlar barədə söhbət açıb (enoqastronomiya - şərab seçmək məharəti deməkdir. – AZƏRTAC)

Aygün Atayeva və “Şərab, pendir və çörək” beynəlxalq layihəsinin həmtəsisçisi Vladimir Tsapelik “Azərbaycanın şərab paralelləri” və “Azərbaycanın qədim pendirləri və avtoxton şərabları” mövzularına həsr edilmiş iki ustad dərsi keçiblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.