CƏMİYYƏT


Azərbaycan sərhədini pozaraq Gürcüstana keçmək istəyən Hindistan vətəndaşı saxlanılıb

Azərbaycan sərhədini pozaraq Gürcüstana keçmək istəyən Hindistan vətəndaşı saxlanılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da saat 01:45-də Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə həyata keçirilmiş tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstan istiqamətində keçməyə cəhd edən Hindistan vətəndaşı 1998-ci il təvəllüdlü Ponnaganti Ayyappa Reddy oğlu saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı saxlanılan şəxsin rəsmi qaydada ölkə ərazisinə gəlməsi, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyənləşdirilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.