ELM VƏ TƏHSİL


“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Bakı, 14 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində anadan olmasının 140 illiyi qeyd edilən ərəb məhcər ədibi Əmin ər-Reyhaniyə həsr olunan yazılar yer alıb.

Jurnalın “Ədəbiyyat” bölməsində görkəmli ictimai-siyasi xadim Seyid Cəfər Pişəvərinin və şair, nasir, publisist Mərziyə Əhmədi Üskuinin bədii yaradıcılığı barədə məqalələr təqdim edilib.

“Din və ictimai fikir tarixi” bölməsində günümüzün aktual məsələlərinə - Azərbaycanda İslam həmrəyliyinin ideoloji-siyasi əsaslarına və ölkəmizdə Şərq və Qərb mədəniyyətlərinin sintezi probleminə həsr olunan yazılar oxucuların diqqətinə çatdırılır.

Jurnalın bu nömrəsində tanınmış şərqşünas alim Əkrəm Rəhimli haqqında məqalə, Şərqşünaslıq İnstitutunun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat və digər maraqlı məqalələrlə tanış olmaq mümkündür.

Bu nömrədə, həmçinin Şərqşünaslıq İnstitutunda nəşr olunan yeni kitablar və keçirilən tədbirlər barədə məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.