İQTİSADİYYAT
Azərbaycan şirkətləri “BATUMI BUILD - 2017” Beynəlxalq tikinti və inşaat sərgisində iştirak edirlər
Tbilisi, 8 dekabr, AZƏRTAC
Batumi şəhərində “BATUMI BUILD - 2017” adlı VII Beynəlxalq tikinti və inşaat sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “GEONET EXPO” şirkətinin təşkil etdiyi sərginin iştirakçılarının 50 faizi xarici şirkətlərdir.
Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov bildirib ki, Azərbaycan, Türkiyə, İran, Ukrayna, Rusiya və Polşa şirkətləri sərgidə milli stendlərini təqdim edirlər.
Sərginin açılış mərasimində Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Ramaz Bolkvadzeni, Batumidə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri və digər dövlət qurumlarının rəhbərləri iştirak ediblər.
Azərbaycanı sərgidə “Karvan-L” şirkətlər qrupu və “Unial” şirkəti təmsil edir.
Sərgiyə gələnlər Azərbaycan şirkətlərinin təqdim etdikləri yeniliklərə baxıb, müxtəlif məlumatlar əldə ediblər.
Sərgi dekabrın 10-dək davam edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi