İQTİSADİYYAT


Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 12-də İxracatçılar Klubunun növbəti iclası keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə bu ilin noyabr ayında Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək "Çin Beynəlxalq İdxal Sərgisi" və "Prowine China" beynəlxalq şərab sərgisində iştirak edəcək şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb.

İxracatçılar klubunun icraçı direktoru Zöhrab Qədirov "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təşviqi istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb, yerli məhsulların xarici bazarlarda tanıdılması və ixracının artırılması məqsədilə xarici ölkələrdə təşkil olunan sərgi və digər tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan istehsalı olan məhsullar xarici bazarlarda, xüsusilə Çin bazarında böyük maraqla qarşılanır. Məhz bu səbəbdən yerli məhsulların Çində təşkil edilən sərgilərdə təqdim olunması əhəmiyyətlidir.

Tədbirdə Şanxayda keçiriləcək "Çin Beynəlxalq İdxal Sərgisi"ndə və "Prowine China" sərgisində yerli məhsulların nümayiş olunacağı "Made in Azerbaijan" vahid ölkə stendlərinə dair təqdimat keçirilib, sahibkarların təklifləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.