İQTİSADİYYAT


Azərbaycan şirkətləri Qətərdə “Birinci Beynəlxalq Məhsullar Sərgisi”ndə iştirak edəcək

Bakı, 30 avqust, AZƏRTAC

Avqustun 30-da Azərbaycan İxracatçılar Klubunun növbəti iclasında Qətərin paytaxtı Dohada təşkil ediləcək "Birinci Beynəlxalq Məhsullar Sərgisi"ndə iştiraka dair yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş tədbirdə qida, sənaye, xidmət, İKT və digər sektorlarda fəaliyyət göstərən 30-dan çox şirkətin təmsilçisi iştirak edib.

İclasda "Made in Azerbaijan" brendinin təşviqi, ixracın coğrafiyasının və həcminin genişləndirilməsi istiqamətində müxtəlif xarici ölkələrdə keçirilən sərgilərdə iştirakın əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib, "Birinci Beynəlxalq Məhsullar Sərgisi"ndə iştirak qaydalarına dair suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.