İQTİSADİYYAT


Azərbaycan şirkətlərinin məhsulları "Beynəlxalq Yaşıl Həftə"sində

Azərbaycan şirkətlərinin məhsulları

Bakı, 25 yanvar, AZƏRTAC

Almaniyanın "Beynəlxalq Yaşıl Həftə"sində Azərbaycanın 15 şirkətinin məhsulları nümayiş olunur.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" sərgisində şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri "Made in Azerbaijan" vahid ölkə stendində öz məhsullarını nümayiş etdirir, sərgi ziyarətçilərinə milli mətbəximiz təqdim olunur.

Azərbaycan məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qaşılanır.

Sərginin ilk günündə Azərbaycan stendini Gürcüstanın kənd təsərrüfatı naziri Otar Şamuqiya, Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və digər şəxslər ziyarət edib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizin qeyri-neft ixracı potensialı və coğrafiyası, investisiya və biznes imkanları barədə məlumat verib.

Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 13-cü dəfə təmsil olunur. Builki sərgidə 60 ölkədən 4 mindən çox şirkət iştirak edir.

Sərgi yanvarın 29-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.