SİYASƏT
Azərbaycan sivilizasiyalararası dialoqun əsl nümunəsi, Cənubi Qafqazın geosiyasi lideridir

AZƏRTAC xəbər verir ki, ekspert Azərbaycanın çox əlverişli, eyni zamanda, mürəkkəb və həssas geosiyasi məkanda yerləşdiyini, Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi lideri olduğunu, dünya dövlətləri ilə konstruktiv münasibətlər qurduğunu və inkişaf etdirdiyini deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Qut 20 ildən artıqdır ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. O əlavə edib ki, problemin indiyədək həll edilməməsinin səbəbi rəsmi Yerevanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedir.
Ekspert Azərbaycanın tolerantlıq və multikulturalizm baxımından dünyanın mərkəzlərindən biri olduğunu söyləyib. O deyib ki, əsrlər boyu bu ölkədə müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, dostluq və qardaşlıq şəraitində yaşayıblar.
İslam dünyasının tərəqqi və inkişaf modelini ehtiva edən Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir.