Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində inkişaf edərək güclü dövlətə çevrilib

Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində inkişaf edərək güclü dövlətə çevrilib

Bakı, 1 noyabr, Səadət Hakıyeva, AZƏRTAC

Sentyabrın 27-də növbəti erməni təxribatlarının törədilməsi nəticəsində aktiv hərbi əməliyyatlar başladı. Hərbi əməliyyatların ilk günündən Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Elə həmin gün düşmən artıq çox böyük bir səhv etdiyini anlamağa başladı və Ermənistanın siyasi-hərbi rəhbərliyi düşdükləri vəziyyətdən çıxa bilmək üçün əl-ayağa düşdü. Ermənistanın baş naziri Nikol Paşinyanın müxtəlif ölkələrin başçılarına ara vermədən telefon zəngləri etməsi də bunun göstəricisidir. Onun bu əməlləri sosial şəbəkələrdə də gülüş obyektinə çevrildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Deputat deyib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxın bir müddətdə işğal altında saxlayıb və həmin ərazilərdə talançılıq əməlləri ilə məşğul olub. Təbii sərvətlər qanunsuz şəkildə mənimsənilib, Azərbaycanın tarixi abidələri məhv edilib. Ermənistan Azərbaycana qarşı çoxsaylı terror aktları törədib. Ötən müddət ərzində Ermənistanda elə bir təsəvvür formalaşıb ki, Azərbaycan 90-cı illərin Azərbaycanıdır, bunlar da əbədi olaraq öz talançılıq, işğalçılıq siyasətlərini davam etdirəcəklər. Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uğurlu siyasət nəticəsində inkişaf edərək regionun ən güclü dövlətinə çevrilib. Zamanla obyektiv mövqeli beynəlxalq təşkilatlar da Azərbaycanın inkişaf edən və güclənən bir ölkə olmasını öz hesabatlarında qeyd ediblər və xalqımız da ölkəmizin inkişafını öz gündəlik həyatında hiss edib. Sentyabrın 27-də Vətən müharibəsi başlayan gündən bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir. Düşmən də bu gücü praktik olaraq görür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu bu gün döyüş meydanında öz sözünü deyir və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edir. İşğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistan Milli Ordumuz tərəfindən öz layiqli cavabını alır. Ermənistanın canlı qüvvə və silah-texnika cəhətdən ağır itki verməsi hər kəsə məlumdur. Biz bunları Müdafiə Nazirliyinin hər gün yaydığı videogörüntülərdən də görürük. Nəinki biz, ermənilər özləri də, eyni zamanda, beynəlxalq ictimaiyyət də bunu görür. Azərbaycan beynəlxalq hüquq müstəvisində öz ərazi bütövlüyünü bərpa edir. Eyni zamanda, Azərbaycan dünya ictimaiyyətinin əleyhinə olduğu terrorçuluğa qarşı antiterror əməliyyatları həyata keçirir.

Deputat deyib ki, iqtisadçıların apardıqları hesablamalara əsasən hərbi əməliyyatlar başladığı gündən bu günə qədər Ermənistan 2,7 milyard dollardan çox itki verib, bundan əlavə onların minlərlə canlı qüvvəsi məhv edilib. Bütün bunlar Ermənistanda hər bir sahədə vəziyyətin çox ağır olmasına gətirib çıxarıb. Cinayətkar Ermənistan hakimiyyəti bu ağır məğlubiyyətləri hər cəhdlə erməni ictimaiyyətindən gizlətməyə çalışır və baş verənləri pərdələyə bilmək üçün heç düşünmədən müharibə cinayətlərinə əl atır. Qeyri-qanuni yollarla muzdlu terrorçuları Qarabağa döyüş bölgəsinə cəlb etmək, cinayət törədərək həbs olunmuş cinayətkar Ermənistan vətəndaşlarının döyüşmək müqabilində dustaqxanalardan azad edilməsi, ən əsası da cəbhədən 100 kilometr və daha uzaqda yerləşən Azərbaycan ərazilərinə qadağan edilmiş raketlər ataraq günahsız insanları öz evlərində qətlə yetirməsi Ermənistanın müharibə cinayətlərinə daxildir.

Azərbaycan xalqı zamanla Ermənistan tərəfindən soyqırımına məruz qalıb. Gəncə və Bərdədə erməni silahlı birləşmələrinin törətdikləri məlum qanlı cinayətlər məhz xalqımızın 1992-cı ildə Xocalıda üzləşmiş olduğu soyqırımının davamı kimi qiymətləndirilə bilər. Vicdansız düşmən döyüş meydanında Azərbaycan Ordusuna məğlub olduğu üçün hərbi cinayətlərə əl ataraq gecə öz evində yatan mülki insanlara güc göstərmək istəyir. Ancaq Ermənistan rəhbərliyi unudur ki, bu çoxsaylı cinayətlərə görə cavab verəcək.

“Hesab edirəm ki, ermənilər tərəfindən qətlə yetirilən günahsız Azərbaycan vətəndaşlarının, döyüş meydanında şəhid olan hərbçilərimizin qisası alınır və onların qanı yerdə qalmır, qalmayacaq da. Çox yaxın zamanda isə Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşada, Xankəndidə, bir sözlə, Qarabağın hər bir guşəsində dalğalandıracaq. Bütün dünya ölkələri, hətta bunu qəbul etmək istəməyən Ermənistan da bilir ki, Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb