İQTİSADİYYAT
Azərbaycan startapları Almaniyada ölkəmizi təmsil ediblər VİDEO
Berlin, 13 dekabr, AZƏRTAC
Berlində keçirilən "Techcrunch Disrupt Berlin 2019" tədbirində “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə ilk dəfə Azərbaycan pavilyonu açılıb.
AZƏRTAC xəbər verir ki, pavilyonda Azərbaycandan olan 6 startap öz məhsulunu sərgiləyib, onlardan 3-ü “Innoland”ın "Nextsale", "Botbox", "Qreact” adlı rezidentləridir.
Xatırladaq ki, "Techcrunch Disrupt" ən yaxşı startapları, investorları, hakerləri və texnologiya pərəstişkarlarını bir araya gətirir. Tədbir çərçivəsində “Startup Battlefield”, 24 saatlıq açıq hackathonlar, “Startup Alley”, “Hardware Alley”, müxtəlif panel müzakirələri, seminarlar, workshoplar təşkil olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin