MƏDƏNİYYƏT


Azərbaycan stendində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə görüş keçirilib

Bakı, 13 noyabr, AZƏRTAC

İstanbulda 37-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərovla, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kitabxanalar və yayımlar baş idarəsinin müdir müavini Demət Koç və nazirliyin sərgilər şöbəsinin müdiri Şulə Aygün arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Aslan Cəfərov Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən "Azərbaycan Kitabının Dünyada Tanıdılması" layihəsi barədə türkiyəli həmkarlarına məlumat verib. Bildirib ki, bu layihə çərçivəsində artıq 36 adda Azərbaycan ədəbiyyatı türk dilinə çevrilərək qardaş ölkənin oxucularına təqdim edilib. Sərgi müddətində Azərbaycan bölməsini ziyarət edən türkiyəli oxucuların ən çox soruşduqları kitablar da qısa zamanda türk dilinə çevrilərək onların ixtiyarına veriləcəkdir.

Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən də maraqla qarşılanıb. Daha sonra həmkarlar arasında sözügedən kitabların Türkiyədə daha geniş yayılması məsələsi də müzakirə edilib.

Görüşdə, həmçinin 2019-cu ildə Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisinə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi vasitəsilə Azərbaycanda daha çox tanınan bir neçə türk nəşriyyatının iştirakının təmin edilməsi məqsədilə də danışıqlar aparılıb.

Qeyd edək ki, 37-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin ölkələrarası bölməsinin fəaliyyəti bu gün başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.