Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan sübut etdi ki, beynəlxalq platformalara başçılıq formal xarakter daşımamalıdır

Azərbaycan sübut etdi ki, beynəlxalq platformalara başçılıq formal xarakter daşımamalıdır

Bakı, 12 iyul, Səadət Hakıyeva, AZƏRTAC

Qoşulmama Hərəkatına (QH) sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hərəkata üzv ölkələr adından BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təklif verilib. Dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında qlobal pandemiyaya qarşı təklif edilən Xüsusi sessiyanın keçirilməsi təşəbbüsü, həm QH-nə üzv ölkələr, həm də BMT-nin 130-dan çox ölkəsi tərəfindən dəstəklənib. Bu ölkələr arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər fərqli coğrafiya və iqlimlərdə yerləşən, fərqli nüfuza malik dövlətlər yer alıb. TŞ-nin daimi üzvü Rusiya da həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat verib. Bir cümlə ilə ifadə etsək, Rusiya tərəfi Azərbaycan Prezidentinin təşəbbüsünü yüksək qiymətləndirib və Xüsusi sessiyanın təşkili yönündə əməkdaşlığa hazır olduğunu bildirib. Təbii ki, dünyanın 130 ölkəsinin dəstəyi həm mövzunun aktuallığı, qlobal həmrəyliyə olan ehtiyacla bağlıdır, həm də, təşəbbüs göstərən tərəfə - Azərbaycana bəslənən ehtiramın, sayğının ifadəsidir.

Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva AZƏRTAC-a açıqlamasında söyləyib.

Azərbaycan-BMT əməkdaşlığının örnək tarixçə olduğunu bildirən deputat diqqətə çatdırıb ki, bir neçə il bundan əvvəl Azərbaycan BMT-nin 155 üzvünün dəstəyini qazanaraq, TŞ-nin keçici üzvü statusunu qazanmışdı. BMT səviyyəsində məhz Azərbaycanın təşəbbüskarlıqları, habelə bəşəri məsuliyyəti dərk etməkdən irəli gələn qərarlarda dövlətimizin prinsipial, sabit mövqeyi dəfələrlə öz parlaq ifadəsini tapıb.

Q.Paşayeva deyib: “Ümidvarıq ki, pandemiyaya görə iş rejimində fasilə və dəyişikliklər yaranmış BMT Azərbaycan Prezidentinin qlobal mövzuda irəli sürdüyü təşəbbüsə cavab olaraq öz rəsmi fəaliyyətini bərpa edəcək. Bununla da, pandemiya ilə mübarizə kimi önəmli məsələnin müzakirəsini aparmaq imkanlarını təmin edə biləcək. İnanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti qlobal pandemiyanın əlindən xilas etməyə imkan verən önəmli qərarlar veriləcək və bu qərarlar dünya miqyasında yeni situasiya yarada biləcək. Əlbəttə, yeni situasiya özünü daha çox həmrəylikdə, yardımlaşmaqda, vahid mövqenin hasil olmasında göstərməlidir. Bu, yeni çağırışların ümumdünya səviyyəsində tirajlanması və qəbul görməsi şəklində təzahür edə və təşəkkül tapa bilər.

Vurğulamaq istədiyim digər məqam isə, artıq “rəqəmsal diplomatiya” anlayışının beynəlxalq ictimai fikirdə qəbul olunması ilə bağlıdır. Yalnız onu deyək ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan QH-nin, eləcə də, Türk Şurasının pandemiya ilə effektiv mübarizəyə həsr olunmuş virtual Zirvə müzakirələri, bu müzakirələrdən irəli gələn addımlar məhz rəqəmsal diplomatiyada örnək sayıla bilər. Pandemiyanın yaratdığı maneələrə cavab olaraq, beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın baş tutmasının təşəbbüskarı məhz Azərbaycan Prezidenti İlham Əliyev olub. Respublikamız virtual Xüsusi sessiyasının təşkil olunması ilə bağlı formatın və sessiyanın mümkün qətnaməsinin qəbul edilməsi üçün bütün üzv ölkələrlə işbirliyinə hazırdır”.

Deputat xatırladıb ki, BMT-nin tarixində indiyədək 31 dəfə Xüsusi sessiya keçirilib. Bunlardan yalnız üçü üzv dövlətlər tərəfindən çağırılıb. Lakin Azərbaycanın təklifi ilə baş tutan Xüsusi sessiya, dövlət və hökumət başçıları səviyyəsində və məhz videokonfrans formatında keçiriləcək bir ilkdir. Komitə sədrinin sözlərinə görə, Xüsusi sessiya rəsmi olaraq, BMT üzvlərinin 50 faiz+1 üzvünün (indiki halda bu 97 edir) dəstəyi rəsmən bildirildikdən sonra, daha doğrusu, “dead line”dan 10 gün sonra başlayır. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır.

“Yuxarıda da qeyd etdiyimiz kimi, BMT Baş Assambleyası pandemiya ilə bağlı özünün bilavasitə fəaliyyətini (mart ayından etibarən) dayandırıb. Baş Assambleyanın öz işinə nə vaxt başlayacağı da hələ dəqiq bilinmir. Payızda pandemiyanın ikinci dalğasının olacağı barədə ehtimallar səslənir. Nəzəri cəhətdən, BMT ümumiyyətlə, bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs, dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim və necə məşğul olmalıdır?! BMT dünyada ən böyük beynəlxalq platformadır, buna heç kəs şübhə etmir. Bəs burada sual yaranmazmı ki, pandemiya kimi qlobal problemin müzakirəsi ilə ən böyük qlobal təşkilat olan BMT niyə məşğul olmur? Axı bəşəriyyətin məhz BMT-dən böyük gözləntiləri var və bu da, çox təbiidir. Bu gün pandemiya ilə yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məşğul olur. ÜST məsələnin yalnız səhiyyə tərəfi ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial-psixoloji və digər aspektləri necə olsun? Belə çətin dönəmdə BMT-nin rolu mütləqdir. Belə bir dövrdə qlobal liderliyi və başqa sözlə desək, qlobal məsuliyyəti kim öz üzərinə götürməlidir? Etiraf etmək lazımdır ki, bu addımı atmalı olan böyük dövlətlər qlobal həmrəylik göstərməkdənsə, “özünə qapanma” yolunu üstün tutdu. Bir tərəfdən, xeyirxahlıq, yardımlaşma, məsuliyyətdən uzaq durmamaq kimi xəlqi xüsusiyyətlərimiz, digər tərəfdən iki beynəlxalq quruma Azərbaycan Prezidentinin sədrliyinin verdiyi mandate-missiya Azərbaycanın təşəbbüskarlığını şərtləndirmiş oldu. Azərbaycan sübut etdi ki, beynəlxalq platformalara başçılıq etmək formal xarakter daşımamalı, mövcud mandate-missiyanın gərəyi düzgün qiymətləndirilməlidir”, - deyə Q.Paşayeva vurğulayıb.

Ümid edirik ki, Xüsusi sessiya mümkün qədər tez təşkil olunacaq; cənab Prezidentin irəli sürdüyü, QH üzvlərinin müdafiə etdiyi təşəbbüs, dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunduğu üçün artıq Xüsusi sessiyanın keçirilməsi yalnız QH üzvlərinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib”, -deyə Qənirə Paşayeva vurğulayıb.

Deputat sonda bildirib ki, BMT çərçivəsində virtual Xüsusi sessiyanın keçirilməsi bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmamalı, ləngitməməlidir. Əlbəttə, qaydalar önəmlidir, amma mövcud şəraitdə BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət II Dünya müharibəsindən bu yana, ən böyük təhlükə ilə üzbəüz qalıb. Buna görə də, BMT özünün prosedur qaydalarının girovuna çevrilərək, bu qlobal problemin həllindən kənarda qalmamalıdır. Belə qlobal təhdidlər ortamında BMT duruma uyğun reaksiya verərək, prosedur qaydalarını dəyişdirmədən (bu uzun vaxt apara bilər) müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi sessiyanı keçirə bilər və keçirməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub