SİYASƏT


Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb

Bakı, 23 yanvar, AZƏRTAC 

Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçən il noyabrın 30-da Silahlı Qüvvələrin 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.