İDMAN


Azərbaycan sumoçusu Avropa kuboku turnirində qızıl medal qazanıb

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan idmançısı Camal Feyziyev Rusiyanın Dzerjinsk şəhərində sumo üzrə Avropa kuboku turnirində qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 115 kilodan yuxarı çəki dərəcəsində mübarizə aparan sumoçumuz birinci və ikinci görüşdə rusiyalı idmançıları məğlub edərək finala vəsiqə qazanıb. C.Feyziyev final mərhələsində Ukrayna təmsilçisini üstələyərək Azərbaycan bayrağını zirvələrə yüksəldib.

Qeyd edək ki, sumoçumuz turnirdə Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.