İDMAN
Azərbaycan taekvandoçuları Antalyadakı beynəlxalq turnirdə daha 2 medal qazanıblar
Bakı, 14 fevral, AZƏRTAC
Antalyada təşkil edilən taekvando üzrə “Turkish Open” beynəlxalq turnirində milli komandamızın üzvləri uğurla çıxış edərək daha iki medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, “G-2” kateqoriyalı turnirdə mübarizəyə qoşulan Azərbaycan millisinin üzvü Sina Bahrami (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Mikayıl Əliyev (54 kq) isə yarımfinal döyüşündə məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Təmsilçilərimiz indiyədək turnirdə 2 qızıl, 3 gümüş və 4 bürünc olmaqla, ümumilikdə doqquz medal əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]