İDMAN


Azərbaycan taekvandoçusu Mərakeşdə Qran-Pri  turnirində bürünc medala layiq görülüb

Bakı, 25 sentyabr, AZƏRTAC

Mərakeşin paytaxtı Rabatda taekvando üzrə Qran-Pri turnirinin ikinci mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvü Milad Beigi Hərçəqani (80 kq) yarımfinalda misirli Seif Essaya uduzaraq bürünc medalla kifayətlənməli olub.

Ayxan Tağızadə və Məhəmməd Məmmədov (hər ikisi 68 kq) isə yarımfinala vəsiqə uğrunda qarşılaşmalarda məğlubiyyətə uğrayıblar.

Yarışda qalib gələn idmançı aktivinə 40, ikinci yerin sahibi 24, üçüncü yerə çıxanlar isə 14,4 reytinq xalı əlavə edir.

Komandamız sentyabrın 26-da Vətənə qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.