İDMAN
Azərbaycan taekvondoçuları Antalyada "Prezident kuboku" yarışında dörd medal qazanıblar
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə milli komandasının dörd idmançısı Türkiyədə təşkil edilən "Prezident kuboku" yarışında medal qazanıb.
AZƏRTAC xəbər verir ki, milli komandamızın üzvləri fevralın 11-də Antalyada start götürən Dünya Taekvondo Federasiyasının G2 kateqoriyalı yarışında mübarizə aparıblar. Avropa qitəsində sayca 4-cü dəfə keçirilən turnirin sonuncu günündə 4 kişi taekvondoçumuz mükafatçılar sırasında yer alıb.
Belə ki, dayanq üzərinə çıxan Milad Beigi Hərçəqani (80 kq) yalnız həlledici görüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub. Təmsilçilərimizdən Qaşım Maqomedov (58 kq), Ramin Əzizov (87 kq) və Radik İsayev (87 kq-dan yuxarı) yarımfinalda uduzaraq turnirdə bürünc medalla kifayətləniblər.
Bu, böyüklərdən ibarət taekvondo üzrə yığmamızın üzvlərinin 2019-cu ildə iştirak etdikləri ilk beynəlxalq yarış olub.
Komandamızın üzvləri fevralın 15-16-da keçiriləcək "Turkish open" beynəlxalq turnirində də qüvvələrini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]