İDMAN


Azərbaycan taekvondoçuları V İslamiadada daha iki medala sahib olublar

Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Fəridə Əzizova (67 kq) qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, komandamızın üzvü F.Əzizova finalda iranlı Zeyneb İsmailiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Komandamızın digər üzvü Cavad Ağayev (68 kq) isə finalda özbəkistanlı Uluqbek Raşitova məğlub olaraq gümüş medalla kifayətlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.