İDMAN


Azərbaycan taekvondoçusu ikiqat dünya çempionu olub

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvü Milad Beigi Hərçəqani Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının qalibi olub.

AZƏRTAC xəbər verir ki, o, çempionatın həlledici döyüşündə yunanıstanlı Apostolos Telikostoqlounu 22:12 hesabı ilə məğlub edərək yarışın qızıl medalını qazanıb.

Dünya çempionatında 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində taekvondoçumuz M.Hərçəqani kubalı, fransalı və moldovalı idmançılarından üstün olaraq yarışların yarımfinal mərhələsinə vəsiqə əldə edib. Bu mərhələdə taekvondoçumuz Koreya təmsilçisinə də qalib gələrək yarışların finalına yüksəlib. Yığmamızın üzvü həlledici görüşdə yunanıstanlı idmançını məğlubiyyətə uğradaraq ikiqat dünya çempionu tituluna sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.