İDMAN


Azərbaycan taekvondoçusundan tarixi nailiyyət

Mehdi Budaqlı yeniyetmə taekvondoçular arasında dünya çempionatının qalibi olub

Bakı, 29 iyul, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi davam edir. Mundialın ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, komandamızın üzvü Mehdi Budaqlı (33 kq) ölkəmizin taekvondo tarixinə düşüb. İdmançımız mundialda keçirdiyi 6 döyüşün hamısını qələbə ilə başa vuraraq, yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu tutuluna sahib olub.

Mübarizəyə otuzikidəbir finaldan başlayan M.Budaqlı ilk döyüşündə kanadalı Levi Qavası yeni qaydalara əsasən raund hesabında məğlub edib - 2:0. Taekvondoçumuz ardınca Dieqo Qerubiniyə (Avstraliya), Conatan Haimiyə (İsrail) və Nelson Dedeqbeniyə (Fransa) 2:0 ilə qalib gələrək yarımfinala adlayıb. Mehdi finala vəsiqə uğrunda moldovalı Maksim Kravçenkoya da şans verməyib - 2:0.

İnamlı döyüş sayəsində həlledici mərhələyə adlayan taekvondoçumuz uğurlu seriyanı davam etdirib. Finalda özbəkistanlı Dilmurod Marufcanovla qarşılaşan Mehdi yenə də dayanqdan 2:0 hesablı qələbə ilə ayrılıb və mundialın qızıl medalına sahib olub.

Bununla da, 14 yaşlı taekvondoçu tarixi uğurumuzu rəsmiləşdirib. O, dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Sofiyada keçirilən mundial iyulun 31-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.