İDMAN


Azərbaycan tamblinqçisi Mixail Malkin bu gün dünya çempionatının finalında mübarizə aparacaq

Bakı, 21 noyabr, AZƏRTAC

Bu gün Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatına yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu günündə kişi və qadın batutçular final mərhələsində güclərini sınayacaqlar. Eləcə də qadınlar arasında ikili mini-batut üzrə yarışda mükafatçılar bəlli olacaq.

Azərbaycan tamblinqçisi Mixail Malkin də finalda mübarizə aparacaq. Kişilərin yarışında M.Malkin ilə yanaşı, finalda Rusiya Gimnastika Federasiyasının nümayəndələri Aleksandr Lisitsin, Vadim Afanasev, ABŞ təmsilçisi Kaden Braun, Böyük Britaniya gimnastları Uilliam Koven, Kristof Uilerton, danimarkalı Martin Abildqaard və Adam Matthiesen çıxış edəcəklər.

Dünya çempionatına komanda hesabında çoxnövçülük yarışları ilə yekun vurulacaq.

Xatırladaq ki, dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.