SİYASƏT


Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin finalına bir pillə də yaxınlaşıblar

Bakı, 11 avqust, AZƏRTAC

Moskva vilayətinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birinci divizionun ilk yarışında Azərbaycan, Qazaxıstan, Çin və Serbiya komandaları iştirak ediblər. Yağışlı və küləkli əlverişsiz hava şəraitinə baxmayaraq, tankçılarımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Yarışın nəticələrinə əsasən estafeti birinci yerdə Qazaxıstan, ikinci yerdə Azərbaycan, üçüncü yerdə Çin və dördüncü yerdə Serbiya komandası başa vurub.

Avqustun 12-də birinci divizionun ikinci yarışı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.