MƏDƏNİYYƏT
Azərbaycan tarı və tar ifaçılıq sənəti UNESCO-da
Bakı, 17 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycanın inciləri haqqında informasiya məktublarının hazırlanması işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk informasiya məktubu UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan tarı və onun ifaçılıq sənətinə həsr olunub.
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə tanınması işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür.
İnformasiya məktubunda tar sözünün mənası, tarın tarixi, Azərbaycan musiqisinin inkişafında tarın rolu və yeri, dahi Üzeyir Hacıbəylinin tar haqqında fikirləri, tar ifaçıları və s. haqqında məlumatlar verilir.