ELM VƏ TƏHSİL
“Azərbaycan tarixi” adlı layihə davam edir
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun “ASAN Radio” ilə birgə həyata keçirdiyi “Azərbaycan tarixi” adlı layihə davam edir.
Tarix İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
Layihə çərçivəsində tariximiz azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim edilir. Növbəti buraxılış 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunub. Ekspert qismində AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov çıxış edib.
Layihənin baş məsləhətçisi akademik Yaqub Mahmudov, ideya müəllifi və prodüseri isə “ASAN Radio”nun direktoru Emin Musavidir. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru “ASAN Radio”nun baş redaktoru İlkin Kərimovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:58]
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]