İQTİSADİYYAT


Azərbaycan təbii qaz ixracını artırıb

Bakı, 14 avqust, AZƏRTAC

Yeddi ayda Azərbaycandan 6 milyard 709 milyon 659 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyul aylarında ixrac olunan təbii qazın dəyəri 1 milyard 262 milyon 496 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 4 milyard 49 milyon 654 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 749 milyon 713 min dollar olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.