REGİONLAR


Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb

Astara, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 14-də Astara Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yeni tədris ilinin başlanmasına həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Azərbaycan təhsilinin mühüm inkişaf mərhələlərinin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxsaylı məktəb binaları tikilərək istifadəyə verilib, ölkəmizdə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib.

Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Böyük rəhbərin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.

Videokonfransda Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının məsləhətçisi Rübabə Bağırova, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Rufan Şirinov və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib.

Diqqətə çatdırılıb ki, müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahənin inkişafına böyük töhfələr verir. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində son illər ölkəmizdə müasir tələblərə cavab verən məktəb binaları tikilib istifadəyə verilib. Təhsil sahəsində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.