İDMAN


Azərbaycan təmsilçisi atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan atleti Aleksis Kopello Polşanın Torun şəhərində keçirilən Qış Avropa çempionatında gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz üçtəkanla tullanma yarışında 17,04 metrlik nəticə göstərib. Bununla da o, mövsüm ərzində özünün ən yaxşı nəticəsinə imza atıb.

Bu yarışda qızıl medala Portuqaliyanı təmsil edən kubalı Pedro Pablo Piçardo nail olub. O, 17,30 metrlik göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Almaniyalı Maks Heb isə 17,01 metr nəticə ilə bürünc medala layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.