İDMAN


Azərbaycan tennisçisi Kənan Qasımov Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub

Bakı, 3 oktyabr, AZƏRTAC

Bakı Tennis Akademiyasında ənənəvi “ITF Payız Kuboku” turnirinin növbəti - 5-ci mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, İsrail, Gürcüstan, İran, Özbəkistan və digər ölkələrdən 81 tennisçi gücünü sınayıb.

On səkkiz yaşlı tennisçilərin mübarizədə dəfələrlə yerli və beynəlxalq turnirlərin qalibi olan Kənan Qasımov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə rusiyalı Artur Ayuxanovla qarşılaşıb. Tennisçimiz ilk setdə 6:4, ikinci hissədə isə 7:5 hesabı ilə qalib gələrək çempion olub.

İdmançımız deyib: “Qalib olduğum üçün çox xoşbəxtəm. Bu, ardıcıl 2-ci qələbəmdir. Çəkilən zəhmətin əvəzini görmək sevindiricidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.