CƏMİYYƏT


Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir

Tbilisi, 26 iyun, AZƏRTAC

Azərbaycanda əsrlər boyu mövcud olmuş milli dəyərlər, tolerantlıq bu gün də qorunub saxlanılır və gələcək nəsillərə ötürülür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Təhsil nazirinin müavini Firudin Qurbanov "Şərq Tərəfdaşlığı" çərçivəsində təhsil və mədəniyyət sahəsində ümumi dəyərlərin təşviqi" mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırarkən söyləyib.

Nazir müavini deyib: “Bu gün Azərbaycanda xristian tarixi abidələri, alban kilsəsi, sinaqoq, pravoslav və katolik kilsələr qorunub saxlanılır. Azərbaycan dövləti onlara qayğı və diqqətlə yanaşır. Bütün bunlar ölkəmizdə tolerantlığın bariz nümunəsidir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.