MƏDƏNİYYƏT


“Azərbaycan torpağı müqəddəsdir” adlı tədbir təşkil olunub

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində Anım Günü ilə əlaqədar “Azərbaycan torpağı müqəddəsdir” adlı tədbir təşkil olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar çıxışları zamanı İkinci Qarabağ müharibəsi ilə bağlı maarifləndirici məlumatlar verib, maraqlı faktları söyləyiblər. Bildirilib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.