İDMAN


Azərbaycan triatlonçusu Rostislav Pevtsov “Rio-2016”ya lisenziya qazanıb

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Beynəlxalq Triatlon İttifaqı (İTU) tərəfindən Azərbaycan Triatlon Federasiyasına (ATF) təsdiq məktubu göndərilib.

İTU-nun reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Rostislav Pevtsov Olimpiadada iştirak hüququ əldə edən 52 triatlonçu sırasına düşməyi bacarıb.

Qeyd edək ki, Rostislav Pevtsov Azərbaycana 48-ci lisenziyanı qazandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.