İQTİSADİYYAT


Azərbaycan turizmi İtaliya bazarında intensiv təbliğ edilir

Bakı, 13 mart, AZƏRTAC

Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə İtaliyanın bir sıra media və turizm şirkətlərinin nümayəndələri Bakı, Mərəzə, Lahıc, Şəki, Gəncə və ölkənin digər regionlarına səfər ediblər.

Milli Turizm Təbliğat Bürosundan AZƏRTAC-a bildirilib ki, səfərlərlə bağlı İtaliya mediasında silsilə məqalələr yerləşdirilib. Məqalələrdə ölkəmizin səhiyyə, qastroturizm potensialı haqqında məlumat verilib. Həmçinin respublikada infrastrukturun inkişafından, irimiqyaslı tədbirlərdən, o cümlədən Formula 1-dən bəhs edilib. Məqalələrdə Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi, İçərişəhər, “Flame Towers”, Yanardağ, palçıq vulkanları, Qobustan, Şəki Xan Sarayı, Kiş və digər görməli məkanlar haqqında məlumatlar yer alıb. Eyni zamanda, ölkəmizə səyahətin xeyli faydalı, sərfəli və maraqlı olacağı vurğulanıb. Qeyd edilib ki, Bakıda gecələmək üçün beynəlxalq otellər və hostellər çox yaxşıdır və digər obyektlər də İtaliya bazarı üçün çox münasibdir.

Məqalələrdə milli adət-ənənələri əks etdirən xüsusi tədbirlərin keçiriləcəyi də diqqətə çatdırılır. Buna səyahətçilərin iştirak etdikləri çay mərasimləri və kəlağayı hazırlamağın öyrədilməsi, habelə şəbəkə düzəldilməsi prosesini müşahidə etməklə bağlı tədbirlər daxildir.

Müəlliflər bu ideya və təşəbbüslərin həyata keçirilməsində Milli Turizm Təbliğat Bürosunun yaxından iştirakını və dəstəyini qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.